BAKI, 14 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında dəmir yolu nəqliyyatı ilə 14 milyon ton yük, 8 milyon 265,6 min sərnişin daşınıb.
Teleqraf bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 19,1 faiz artım müşahidə olunub.
Hesabat dövründə dəmir yolu nəqliyyatında sərnişin dövriyyəsi 373,7 min km, yükdaşıma dövriyyəsi isə 5 113,7 ton km təşkil edib