BAKI, 14 noyabr. TELEQRAF
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2592,7 kiloqram qızıl istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 19,6% artım qeydə alınıb.
Hesabat dövründə ölkədə 3218,1 kiloqram gümüş istehsal edilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
Noyabrın 1-ə hazır qızıl ehtiyatı 69,7 kiloqram, gümüş ehtiyatı isə 699,1 kiloqram təşkil edib.