BAKI, 14 noyabr. TELEQRAF

2025-ci ilin yanvar-oktyabr aylarında magistral neft kəmərləri ilə 30 milyard 580,7 min ton neft nəql edilib.

Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, nəqletmənin 74,4 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 22 milyon 760,8 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 85,1 faizini və ya 19 milyon 369,1 min tonunu Azərbaycanda hasil edilən neft, 14,9 faizini və ya 3391,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.