BAKI, 14 noyabr. TELEQRAF
2025-ci ilin 10 ayında Azərbaycan əhalisinin əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə xərcləri 24,2% artıb.
Teleqraf xəbər verir ki, hesabat dövründə bu məhsullar üzrə 1 milyard 285,5 milyon manat xərclənib.
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 2,4% olub.