BAKI, 13 noyabr. TELEQRAF
Bakı Metropoliteni tərəfindən “Nərimanov” stansiyasının 4-cü keçid çıxışında divar üzlüklərinin bərpası işlərinə başlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.
Qurum təmir müddətində sərnişinlərin 5 saylı çıxışdan istifadə etmələrini xahiş edir.
Qeyd edək ki, işlərin noyabrın sonunadək tamamlanması nəzərdə tutulub.