BAKI, 22 oktyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 144 029,4 ton pomidor ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,1% çoxdur.
Kənd Təsərrüfatı Nazirliyindən Teleqraf-a verilən məlumata görə, xarici bazarlara ixrac olunan pomidorun dəyərində 12,6%-lik artım qeydə alınıb.
Hesabat dövründə ixracın ümumi dəyəri 157 171,6 min ABŞ dolları təşkil edib.