BAKI, 8 oktyabr. TELEQRAF
Qızılın bir troya unsiyası üzrə fyuçerslərinin yenidən 4000 dolları keçib.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə fyuçerslərinin dəyəri 1.09% artaraq 4048 ABŞ dollarına bərabər olub.
Teleqraf birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyası üzrə fyuçerslərinin qiyməti isə 1.68% artaraq 48.31 ABŞ dolları təşkil edib.