BAKI, 7 oktyabr. TELEQRAF

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tədris laboratoriyaları və “STEAM” istiqamətli mərkəzlər üçün avadanlıqlar alır.

Teleqraf xəbər verir ki, bu məqsədlə qurum "Viva Medical Group" MMC müqavilə imzalayıb.

Müqavilənin dəyəri 9 milyon 950 min 83,95 manatdır.