BAKI, 7 oktyabr. TELEQRAF
Birinci yarımildə toplanmış sığorta haqları ötən ilin ilk yarımilinə nisbətdə 12.7% artaraq 817 mln. manata çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Maliyyə sabitliyi hesabatına həsr olunmuş mətbuat konfransında bildirib.
"Sığorta haqların 58%-i həyat sığorta sektorunun, 42%-i isə qeyri-həyat sığorta sektorunun payına düşüb. Həyat sığortası üzrə yığım 17.3% artaraq 475 mln. manat, qeyri-həyat sığortası üzrə isə 6.9% artaraq 342 mln. manat təşkil edib. Həyat sığortası və qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olub", - o əlavə edib.