BAKI, 6 oktyabr. TELEQRAF

Mərdəkan prospektinin kənar yoluna müvafiq yol nişanları quraşdırılaraq hərəkət istiqaməti dəyişdirilir və hərəkət Zığ şosesi ilə birləşmədəki yol qovşağına yönləndirilir.

Bu barədə Teleqraf-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib

Qeyd edilib ki, hazırda hava limanının ərazisindən çıxan nəqliyyat vasitələri Mərdəkan prospektinin kənar yolu ilə əksinə hərəkət edərək müxtəlif səviyyəli yol qovşağına istiqamətlənməklə Əli İsazadə küçəsinə yönləndirilir. Bu da nəqliyyat vasitələrinin hərəkəti zamanı ciddi təhlükəsizlik problemlərinin, qəza hallarının yaranmasına gətirib çıxarır.

Problemin aradan qaldırılması məqsədilə Mərdəkan prospektində müvafiq sözügedən işlər aparılır.