BAKI, 30 sentyabr. TELEQRAF
Azərbaycan 2030-cu ilə qədər 2,7 GVt gücündə bərpa olunan enerji stansiyaları inşa edəcək.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib.
Nazirin sözlərinə görə, layihələrin reallaşdırılması nəticəsində ölkədə bərpa olunan enerji mənbələrinin quraşdırılmış gücü üç dəfə artırılaraq 4 GVt-a çatdırılacaq və bununla da illik 3,2 milyon ton istixana qazı emissiyasının qarşısı alınacaq.