BAKI, 23 aprel. TELEQRAF
İran Silahlı Qüvvələri ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə hədəfə alınacaq hədəflərin siyahısını hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, siyahı hazırlanarkən qarşılıqlılıq prinsipi nəzərə alınıb. Plana görə, ABŞ və ya İsrail İranın enerji infrastrukturuna zərbə endirərsə, İran İsraildəki elektrik stansiyalarına və ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə hücum edəcək. Vaşinqton dəniz blokadasını davam etdirərsə, Tehran Bab əl-Məndəb boğazını bağlamağı və Hörmüz boğazını minalamağı planlaşdırır.
“Fars” qeyd edib ki, ABŞ-nin İran ərazisində mümkün quru əməliyyatına cavab olaraq, Tehran yerli əhaliyə və proksi qüvvələrə müraciət edərək bölgədəki Amerika bazalarının ələ keçirilməsini təşkil etməyə çalışacaq.