BAKI, 23 aprel. TELEQRAF

Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris distant formada keçiriləcək.

Teleqraf xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkil olunacaq.