BAKI, 11 sentyabr. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 0,32 ABŞ dolları, yaxud 0,46 % artaraq 69.02 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.