AĞDAM, 30 avqust. TELEQRAF
2026-cı ilin sonunda Ağdam-Xankəndi dəmir yolu xəttinin tikintisinin tamamlanması planlaşdırılır.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.