BAKI, 29 TELEQRAF

Avqust ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 30 milyard 257.9 milyon manat təşkil edib.

Teleqraf Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, ki, bu göstərici ötən ilin avqust ayının 1-i ilə müqayisədə isə 11% artıb.

Kredit qoyuluşlarının 7 milyard 400,1 milyon manatı dövlət bankları, 21 milyard 98,1 milyon manatı özəl bankları, 1 milyard 759,7 milyon manatı isə qeyri-bank kredit təşkilatları tərəfindən qoyulub.