BAKI, 29 avqust. TELEQRAF
Avqust ayının 1-nə Azərbaycanda bankların kredit portfeli 0.1% və ya 26 milyon artaraq 28 milyard 498.2 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Azərbaycan bank sektorunun kredit portfelində ən böyük pay biznes kreditlərinə məxsus olub. Belə ki, ümumi kredit portfelinin 52.8%-ni (15 milyard 55.8 milyon manat) biznes kreditləri təşkil edib. İkinci yerdə 31.6%-lik (9 milyard 2.2 milyon manat) payla istehlak kreditləri, üçüncü yerdə isə 15.6%-lik (4 milyard 440.2 milyon manat) göstərici ilə ipoteka kreditləri qərarlaşıb.
Kreditlərin valyuta bölgüsünə gəlincə, bankların ümumi kredit portfelinin 85.8%-i milli valyutada, 14.2%-i isə xarici valyutada verilmiş kreditlərdən ibarətdir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ilin sonunda bu nisbətlər müvafiq olaraq 83.9% və 16.1% təşkil edib.