BAKI, 20 avqust. TELEQRAF

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 47 min 604,8 ton duz istehsal edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə istehsalda 3 min 258,2 ton və ya 6.4% azalma olub. Avqustun 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 15,1 ton olub.

Hesabat dövründə ölkədə 46,9 min ton qida duzu istehsal edilib. Ötən ilə nisbətən istehsalda 6% azalma olub. Hazır məhsul ehtiyatı isə 2 ton olub.