BAKI, 19 avqust. TELEQRAF

Maliyyə Nazirliyi beynəlxalq fiskal diaqnostika alətlərinin tələblərinə uyğun olaraq hazırlanmış “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Sənəd bu ilin I yarısında makroiqtisadi vəziyyəti, dövlət və icmal büdcələrinin icrasına dair dəqiqləşdirilmiş məlumatları, makroiqtisadi və fiskal göstəricilər üzrə ilin sonuna gözləntiləri özündə ehtiva edir.