BAKI, 19 avqust. TELEQRAF
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 2 144 ədəd stolüstü kompüter istehsal edilib.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.
Bununla yanaşı, hesabat dövründə Azərbaycanda 1 430 ədəd noutbuk istehsal edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,1 faiz artım deməkdir.
Ümumiyyətlə, car ilin yanvar-iyul aylarında 29,9 milyon manatlıq kompüter, elektron və optik məhsulları, elektrik avadanlıqları istehsal olunub.