BAKI, 18 avqust. TELEQRAF

2024-cü ilin dövlət büdcəsində “Təhsil” sektoru üzrə 26 icraçı təşkilat tərəfindən 10 proqram üzrə 102 tədbirin həyata keçirilməsi üçün 4550,3 milyon manat məbləğində vəsait (ötən illə müqayisədə 420,4 milyon manat vəya 10,2 faiz çox) proqnozlaşdırılıb, icraçı təşkilatların sifarişləri əsasında 4390,1 milyon manat vəya proqnozda nəzərdə tutulduğundan 160,2 milyon manat məbləğində (3,5 faiz) az vəsait ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı ortamüddətli xərclər çərçivəsi (OMXÇ), proqram və nəticə əsaslı büdcə mexanizminin tətbiqi islahatlarına cəlb olunan sektorlarda büdcə planlarının icrasına dair 2024-cü il üzrə Monitorinqin nəticələrində qeyd edilib.

Eyni zamanda, proqnozlaşdırılan vəsaitin 0,4 faizi (vəya 18,1 milyon manat) sektor üzrə bölüşdürülməmiş (blok) vəsait kimi nəzərdə tutulub və 5,9 milyon manat istifadə olunub. Sektor üzrə vəsaitin 91,8 faizi Azərbaycan Respublikasının Elm vəTəhsil Nazirliyi tərəfindən icra olunan tədbirlərin payına düşüb.