BAKI, 13 avqust. TELEQRAF
Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin dəyəri 0,53 ABŞ dolları və ya 0,78% azalaraq 67.45 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.