BAKI, 11 avqust. TELEQRAF
2025-ci ilin yanvar-iyul aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 36,6 milyard manatlıq məhsul istehsal edilib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz az istehsal deməkdir.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən xəbərə əsasən, neft-qaz sektorunda məhsul istehsalı 3,5 faiz azalıb. Qeyri neft-qaz sektorunda isə 5,5 faiz artıb.
Sənaye məhsulunun 61,5 faizi mədənçıxarma sektorunda, 32,0 faizi emal sektorunda, 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 0,2 faiz artıb.