BAKI, 5 avqust. TELEQRAF

Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti azalıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin dəyəri 0,78 ABŞ dolları, yaxud 1,09 % azalaraq 70,59 dollara bərabər olub.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.