TBİLİSİ, 21 iyul. TELEQRAF
Bu ilin birinci yarısında Gürcüstandan Azərbaycana 4 432 ədəd minik avtomobili ixrac edilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.
Nəqliyyat vasitələrinin ümumi dəyəri 128,7 milyon ABŞ dollarına bərabər olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə avtomobillərin sayında 1 903 ədəd və yaxud 30% azalma qeydə alınıb.
Yanvar-iyunda Gürcüstandan ixrac olunmuş minik avtomobillərinin ümumi sayı 49 121 ədəd, dəyəri isə 1,21 milyard ABŞ dolları təşkil edib. Qonşu ölkənin avtomobil ixracının 9,02%-i Azərbaycana yönəlib.