BAKI, 15 iyul. TELEQRAF
Xırdalanda bəzi ərazilərdə 16:30-dan 17:30-dək elektrik enerjisinin verilişində məhdudiyyətlər yaranacağı açıqlanıb.
Bu barədə Teleqraf-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdıran 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.