BAKI, 12 İyul. TELEQRAF
Ölkdə qida istehsalı illik müqaisədə 12 faiz, tütün məmulatlarının istehsalı isə 6,7 faiz, içki istehsalı 2,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 37,6 faiz, araq istehsalı 3,8 faiz, meyvə-tərəvəz konservləri isə 2,2 faiz artıb.
2025-ci ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə duru bitki yağı (5,1%), marqarin (8,8%), kərə yağı (2,5%) istehsalı azalıb.
Ən kəskin azalma şərab istehsalında baş verib - 44,6 faiz.