TBİLİSİ, 19 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında Azərbaycan ümumi dəyəri 55,3 milyon ABŞ dolları olan Gürcüstan məhsulları tədarük edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycan qonşu ölkədən yerli məhsul idxalını 21,2% artırıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 4,7% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Çin, Türkiyə, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.

Yanvar-mayda Gürcüstandan ümumilikdə 2,59 milyard ABŞ dolları dəyərində yerli məhsul ixrac olunub ki, bu da ötən ilin eyni dövründə nisbətdə 14,6% çoxdur.

Qonşu ölkənin ixraca ən çox yönəltdiyi məhsulların siyahısına qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, mineral gübrələr, qızıl, qoz-fındıq, mis filizləri və konsentratları daxil olub.