BAKI, 22 may. TELEQRAF

Azərbaycan bu ilin birinci rübündə 59.54 ton nar idxal edib.

Teleqraf xəbər verir ki, bu ötən ilin uyğun dövrü ilə müqayisədə 10 dəfədən çoxdur. 2024-cü ilin birinci rübündə bu göstərici 5.59 ton olub.

Azərbaycan narı Rusiya (28.14 ton), İran (10.73 ton) və Türkiyədən (20.66 ton) idxal edib.

Türkiyədən idxal 4 dəfə, İrandan isə 19 dəfə artıb.