BAKI, 28 aprel. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanın İranla ticarət dövriyyəsinin həcmi 157 milyon 172.83 min ABŞ dolları olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə ticarət dövriyyəsinin həcmində təxminən 16,5 faiz artım olub.

Teleqraf bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, Azərbaycandan İrana ixrac 4 milyon 938.34 min dollar (+50,6 faiz), İrandan Azərbaycana idxal isə 152 milyon 234.49 min dollar (+15,7 faiz) təşkil edib.

İrandan Azərbaycana idxal ölkənin ümumi idxalına nisbətən 2.69 faiz paya sahibdir. İran Azərbaycanın ən çox idxal həyata keçirdiyi ölkələr siyahısnda ilk onluqda 8-ci yerdə qərarlaşıb.

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində İranla ticarətin payı 1,3 faiz təşkil edib.