BAKI, 18 aprel. TELEQRAF
2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin ümumi həcmi 46,8% artaraq 1,95 milyard dolları üstələyib.
Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Azərbaycandan MDB ölkələrinə ixrac 353,4 milyon dollar (8,3% artım), MDB ölkələrindən Azərbaycana idxal 1,6 milyard dollar (59,3% artım) təşkil edib.
Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində MDB ölkələri ilə ticarətin payı 16,22% təşkil edib ki, bu da bir il öncəki eyni dövrün göstəricisindən 2,49% bəndi çoxdur.