BAKI, 17 aprel. TELEQRAF

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanın Avropa İttifaqı ölkələri (Aİ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 47,7 faiz artaraq 5,2 milyard dolları üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinin hesabatına əsasən xəbər verir ki, Azərbaycandan Aİ ölkələrinə ixrac 4,63 milyard dollar (53,8% artım), Aİ ölkələrindən Azərbaycana idxal isə 653 milyon dollar (15,3% artım) olub.

Cari ilin ilk rübünün nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Aİ ölkələri ilə ticarətin payı 43,84% təşkil edib ki, bu da bir il öncəki dövrün göstəricisindən 6,96 faiz bəndi çoxdur.