
BAKI, 8 aprel. TELEQRAF
Ötən il 3 milyon manat sərmayə ilə yaradılan “Status 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Teleqraf xəbər verir ki, 24 sentyabr 2024-cü il tarixində Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 3 milyon 126 min manat olub.
Şirkətin qanuni təmsilçisi Hüseynov Anar Vidadi oğludur.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Sabunçu rayonu, Bünyadov küçəsi, ev 11 ünvanına bildirə bilərlər.