
BAKI, 8 aprel. TELEQRAF
Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 6.85% azalaraq 3.6765 ABŞ dollarına bərabər olub.
Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyərində 11,40% azalma baş verib. Beləliklə, qazın meqavat-saatı 35.87 avroya bərabər olub.