
BAKI, 21 mart. TELEQRAF
Bu ilin yanvar-fevral aylarında kənd təsərrüfatının ümumi məhsul dəyəri 1 milyard 61,9 milyon manat təşkil edib. Bunun 1 milyard 6 milyon manatı heyvandarlıq, 55,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.
Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, dövr ərzində kənd təsərrüfatının ümumi məhsulunun strukturunda bitkiçiliyin payı 5,3 faiz, heyvandarlıq məhsullarının payı isə 94,7 faiz olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 2,1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə 14,0 faiz artıb.