
BAKI, 15 Fevral. TELEQRAF
Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu barədə məlumatların açıqlanmasına razılıq verən 100 vergi ödəyicisinin adını açıqlayıb.
Teleqraf xəbər verir ki, siyahıda Azərbaycanda fəaliyyət göstərən ən iri mobil operatorlar da var.
Mobil operatorlar arasında ən çox vergi ödəyən "Azercell Telekom" MMC olub. Şirkət 127,6 milyon manat vergi ödəyib və açıqlanan siyahıda 12-ci yerdə qərarlaşıb.
"Bakcell" MMC isə 41,8 milyon manat vergi ödənişi ilə 29-cu yerdə qərarlaşıb.
"Azerfon" MMC, yəni "Nar" mobil operatoru dövlət büdcəsinə 25,8 milyon manat vergi ödəyib və 53-cü yeri tutub.
Ümumilikdə, bu 3 mobil operator ötən il dövlət büdcəsinə 195,2 milyon manat vergi ödəyiblər.