Azərbaycan pomidor ixracını artırıb.

Teleqraf.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən il Azərbaycandan 145 min 603 ton (175 milyon 430 min dollar dəyərində) pomidor ixrac olunub.

Bu, 2023-cü illə müqayisədə 5 min 15 ton və ya 4% çoxdur. 2023-cü ildə 140 min 588 ton pomidor ixrac olunmuşdu.

2024-cü ildə ümumi ixracın 0.66%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 5.23%-i pomidorun payına düşüb.