Türkiyə Superliqasında XIII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Osmanlıspor” “Antalyaspor”la xalları yarı bölüb.


“Kayserispor” isə “Bursaspor”u məğlub edib.

Lider “Beşiktaş” “Akhisar”ı qəbul edəcək. “Qalatasaray” isə yeni baş məşqçisi ilə ilk oyununa “Kasımpaşa” qarşısında çıxacaq.

Turun mərkəzi görüşü isə bazar ertəsi “Fənərbaxça” ilə “Trabzonspor” arasında baş tutacaq.

Türkiyə Superliqası
XIII tur

27 noyabr
“Antalyaspor” – “Osmanlıspor” - 1:1
Qollar: Samuel Eto'O, 5 - Badu Ndiaye, 62.

“Bursaspor” – “Kayserispor” - 1:2
Qollar: Dani Nunkeu, 28 - Derli, 19. Zeki Yavru, 50.

“Rizəspor” – “Konyaspor” - 0:0

28 noyabr

“Sivasspor” – “Başakşəhər” - 2:2
Qollar: Şimşek, 17. Çaheçoue, 43-pen - Ayhan, 3. Batdal, 61.

“Əskişəhərspor” – “Mersin” - 3:2
Qollar: Mitroviç, 29 (öz qapısına), Emre Güral, 43, Engin Bekdemir, 70 - Velliton, 68, Mitroviç, 89

29 noyabr
16:00 “Gənclərbirliyi” – “Qaziantepspor”
19:00 “Beşiktaş” – “Akhisar”
22:15 “Kasımpaşa” – “Qalatasaray”

30 noyabr
22:00 “Fənərbaxça” – “Trabzonspor”