BAKI, 14 may. TELEQRAF

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.

Teleqraf Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, yarışın dördüncü günündə bir güləşçimiz fəxri kürsüyə qalxıb.

Xədicə Qurbanzadə (49 kq) finalda ukraynalı Olena Kolubayla qarşılaşıb. Rəqibinə məğlub olan (0:10) həmyerlimiz Avropa çempionatını gümüş medalla başa vurub. Ötən il MDB Oyunlarında bürünc medal qazanan Xədicə ilk AÇ medalını qazanıb.