BAKI, 7 may. TELEQRAF
“Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında minifutbol turniri artıq ənənəvi xarakter almağa başlayıb”.
Teleqraf xəbər verir ki, bunu Orxan Məmmədov final qarşılaşmasından əvvəl təşkil olunan yoldaşlıq oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti yarışa azarkeş marağının ildən-ilə artdığını vurğulayıb:
“Stadiondakı atmosfer çox gözəl idi. Sevindirici məqam odur ki, futbol ictimaiyyəti və azarkeşlər bu turnirə böyük maraq göstərirlər. Qarşılaşma kifayət qədər gərgin alındı. Ən vacibi isə tribunaların dolu olmasıdır. Düşünürəm ki, final oyunu da maraqlı və baxımlı keçəcək, tamaşaçılar matçdan zövq alacaqlar”.