BAKI, 1 yanvar. TELEQRAF

Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün açıqladığı qadağan edilmiş maddələrin siyahısı bu gündən qüvvəyə minib.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb.

Siyahı üç hissədən - hər zaman qadağan edilmiş maddələr və üsullar, yarış müddətində qadağan edilmiş maddələr və üsullar və müəyyən idman növlərində qadağan edilmiş maddələrdən ibarətdir.

2026-cı il üçün açıqlanan qadağan edilmiş maddələrin siyahısı ilə keçidə daxil olaraq daha ətraflı tanış olmaq mümkündür.