BAKI, 21 noyabr. TELEQRAF

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycanı təmsil edəcək bayraqdarlar müəyyənləşib.

Teleqraf Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə üçrəngli bayrağımızı yunan-Roma güləşi üzrə idmançımız Həsrət Cəfərov və qılıncoynatma üzrə idmançımız Səbinə Kərimova daşıyacaq.

Qeyd edək ki, bağlanış mərasimi bu gün keçiriləcək.