BAKI, 12 noyabr. TELEQRAF

Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

Teleqraf xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici qarşılaşmada türkiyəli Eda Eltamurla üz-üzə gəlib. Rəqibini 5:3 hesabı ilə məğlub edən İ. Zaretska İslamiadanın üçqat qalibi olub.

Qeyd edək ki, daha əvvəl Mədinə Sadıqova (55 kiloqram) və Roman Heydərov (kata) VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıblar.