BAKI, 16 mart. TELEQRAF

ABŞ İranın Xark adasında neft obyektləri istisna olmaqla, demək olar ki, bütün hədəfləri məhv edib. Amma gələcəkdə neft obyektləri də hədəfə alına bilər.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“Bildiyiniz kimi, biz Xark adasına hücum etdik. Lakin boru kəmərlərini toxunulmaz saxladıq. Biz bunu etmək istəmirdik, amma istəsək, beş dəqiqəyə bunu edə bilərik”, – deyə Tramp bildirib.