BAKI, 16 mart. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Bolqarıstanın Ermənistana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikola Nikolovu qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Məlumata görə, Nikol Paşinyan səfiri vəzifəyə başlaması münasibətilə təbrik edib və onun fəaliyyəti dövründə Ermənistan-Bolqarıstan əməkdaşlığının inkişaf edib genişlənəcəyinə ümid etdiyini bildirib.
Nikol Paşinyan son illərdə ikitərəfli münasibətlərin dinamik olduğunu və yüksək səviyyəli siyasi dialoqun aparıldığını qeyd edib.
Liderlər həmçinin Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regional əməkdaşlıqla bağlı mövzulara toxunublar.