BAKI, 16 mart. TELEQRAF

Son bir neçə saat ərzində Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İrana məxsus 11 PUA-nı məhv edib.

Teleqraf xəbər verir ki, bu barədə SPA xəbər agentliyi məlumat yayıb.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin sözçüsünün sözlərinə görə, dronlar ölkənin mərkəzi hissəsində, Ər-Riyadın cənub-şərqində yerləşən Əl-Xərc əyalətindəki hədəfləri hədəfə alıb.