BAKI, 16 mart. TELEQRAF

Erməni İnqilab Federasiyası (ERF) və Ermənistanın ikinci prezidenti Robert Köçəryan əməkdaşlığı davam etdirmək qərarına gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə "Hayastan" blokunun üzvü İşxan Saqatelyan bildirib.

O qeyd edib ki, "İrəli" partiyası və çoxsaylı ictimai xadimlər onlara qoşulub və biz seçkilərdə "Hayastan" bloku olaraq iştirak edəcəklər.

Xatırladaq ki, Ermənistan Milli Məclisinə seçkilər iyunun 7-də keçiriləcək.