BAKI, 16 mart. TELEQRAF

"İran ətrafındakı münaqişə NATO-ya aid deyil, bu, onun müharibəsi deyil".

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts deyib.

O qeyd edib ki, ABŞ və İsrail İrana qarşı hərəkətlərlə bağlı Avropa müttəfiqləri ilə məsləhətləşmələr aparmayıblar: "Almaniyanın Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirakı məsələsi müzakirə mövzusu deyil".