BAKI, 16 mart. TELEQRAF
Vaşinqton İranda 7000-dən çox hədəfə zərbə endirib və bunların əksəriyyəti "kommersiya və hərbi" olub.
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən Con Kennedi-Tramp adına İfa Sənətləri Mərkəzinin İdarə Heyətinin iclasında bildirib.
"Münaqişənin başlanğıcından bəri İran ərazisində 7000-dən çox hədəfə, əsasən kommersiya və hərbi obyektlərə zərbələr endirmişik. Onların ballistik raket buraxılışlarını 90%, dron hücumlarını isə 95% azaltmışıq. Son bir həftə yarım ərzində 100-dən çox İran hərbi gəmisi batırılıb və ya məhv edilib", - Amerika lideri deyib.
Prezident bildirib ki, bir sıra ölkələrin Hörmüz boğazı ilə bağlı koalisiyaya qoşulmaqdan çəkinməsi ABŞ-nin bəzi tərəfdaşlarına etibar edə bilməyəcəyini göstərir.