BAKI, 16 mart. TELEQRAF
Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Sizin elan etdiyiniz "Ədalətli Qazaxıstan"ın qurulması yolunda fundamental addım olan konstitusiya referendumunun uğurla keçirilməsi münasibətilə səmimi təbriklərimi qəbul edin.
Ümumxalq səsverməsinin nəticələri Qazaxıstan Respublikası vətəndaşlarının ölkənin müstəqilliyinin və suverenliyinin təmin edilməsində, qanunun aliliyi altında çiçəklənən və müasir cəmiyyətin qurulmasında məsuliyyətli münasibətini bir daha nümayiş etdirdi.
Əminəm ki, Qazaxıstandakı konstitusiya islahatları Yerevan və Astana arasında dövlətlərarası strateji tərəfdaşlığa yeni təkan verəcək, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verəcək.
Sizə dövlət fəaliyyətinizdə yeni uğurlar, möhkəm cansağlığı və firavanlıq arzulayıram".